Ayxan Abbasov sülhü sevmir: Litvada 5-ci qələbəsini axtaracaq
UEFA Millətlər Liqasında Litva yığmasına qarşı oyun Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov üçün də xüsusi əhəmiyyət kəsb edəcək.
Sportify.az xəbər verir ki, 45 yaşlı mütəxəssis millinin sükanı arxasındakı 11-ci matçında 5-ci qələbəsini qazanmağa çalışacaq.
Bu halda o, aktivindəki qələbə sayını passivindəki məğlubiyyətlərlə bərabərləşdirəcək.
Milliyə 2025-ci ilin sentyabrından rəhbərlik edən Abbasovun debüt matçında Ukrayna ilə heç-heçə qeydə alınıb – 1:1. Təcrübəli mütəxəssis bundan sonrakı 9 görüşün 4-də qələbəyə sevinib. Qələbələrdən biri bu ilin martında Bakıda keçirilmiş “FIFA Series”də Syerra Leone üzərində penaltilər seriyasında əldə olunub – 9:8.
Daha 5 oyunda isə məğlubiyyət yaşanıb.
Qeyd edək ki, Kaunas şəhərindəki “Dariaus ir Gireno” stadionunda təşkil olunacaq Litva – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.



No Comment! Be the first one.