Azərbaycan Lixtenşteyni məğlub etdi – YENİLƏNDİ
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu matçına çıxıb.
Sportify.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan yığmamız səfərdə Lixtenşteynin qonağı olub və miniml hesabla qalib gəlib. Yeganə qolu Mahir Emreli vurub.
Vaduz şəhərində yerləşən “Reynpark” stadionunda baş tutan qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürüb. Görüş CBC Sport telekanalı vasitəsilə canlı yayımlanıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 4 turdan sonra 8 xalla qrupu lider tamamlayıb. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, növbəti mövsümdən UEFA Millətlər Liqasında D Liqası fəaliyyətini dayandıracaq. Bu səbəbdən Azərbaycan millisi də daxil olmaqla, hazırda D Liqasında çıxış edən bütün komandalar yeni mövsümdə C Liqasında mübarizə aparacaqlar.
UEFA Millətlər Liqası
13 noyabr
23:45. Lixtenşteyn – Azərbaycan – 0:1
Qol: Mahir Emreli, 26
Baş hakim: Kristo Tohver
Köməkçi hakimlər: Silver Koiv, Sander Saqa
Dördüncü hakim: Yonas Yanovits
VAR: Marko Liva
AVAR: Yuri Frişer (hamısı Estoniya)
Stadion: “Raynpark”, Vaduts



No Comment! Be the first one.