Azərbaycan millisi Düşənbədə keçiriləcək Qran-Pri turnirində 17 cüdoçu ilə təmsil olunacaq
Azərbaycanın gənc cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək Qran-Pri turnirində mübarizə aparacaqlar.
Sportify.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, gənclər arasında ilk dəfə təşkil olunacaq Qran-Pri yarışı oktyabrın 24-25-də keçiriləcək. Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan 17 idmançı ilə təmsil olunacaq. Onlardan 10-u oğlan, 7-si qızdır.
İdmançılarımız yarışda gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxış edəcəklər.
Ümumilikdə, 19 ölkədən 234 cüdoçunun (147 oğlan, 87 qız) qatılacağı turnirdə Azərbaycan millisinin heyəti belədir:
Oğlanlar
-60 kq: Anar Quliyev, Məhəmməd Rüstəmli
-66 kq: Əhməd Rüstəmov
-73 kq: Səlim Sultanov, Özqan Quliyev
-81 kq: Məhəmməd Ağakişiyev
– 90 kq: Əli Qazıməmmədov
**-100 kq:** Davud Namazlı, Canpolad Əliyev
**+100 kq:** Ramazan Əhmədov
**Qızlar**
**-48 kq:** Nərgiz Əhmədova
**-52 kq:** Aysun Məmmədova, Nuranə Hacızadə
**-57 kq:** Xədicə Qədəşova, Vüsalə Hacıyeva
- **-63 kq:** Hanna Zaytseva, Nilgün Rzayeva



No Comment! Be the first one.