Azərbaycan Kuboku: "İmişli" və "Şəfa"nın rəqibləri bəlli oldu - YENİLƏNDİ
Azərbaycan Kubokunda 2026/2027 mövsümünün I təsnifat mərhələsinə start verilib.
Sportify.az-ın məlumatına görə, üç günü əhatə edən ilkin mərhələdə aşağı liqa komandaları çıxış edib.
İlk yarış günündə ümumilikdə 6 qarşılaşmadan 2-si oynanılıb. Hər iki matç böyük hesablarla nəticələnib.
“Qaradağ Lökbatan” “Şəki”ni 12:0, “Ağstafa Gəncləri” isə “Şəmkir”i 5:1 hesabı ilə üstələyib.
II təsnifat mərhələsində “Qarabağ” “Lökbatan” “İmişli”yə, “Ağstafa Gəncləri” isə “Şəfa”ya rəqib olub.
Qeyd edək ki, 1/4 final mərhələsinədək cütün taleyinə bir oyunun nəticəsində aydınlıq gələcək.
Azərbaycan Kuboku, ilkin mərhələ
7 oktyabr (çərşənbə)
14:30. “Qaradağ Lökbatan” – “Şəki” – 12:0
Qollar: Rəvan Abasov, 2; Əjdər Hacılı, 3; 49; 58; İlkin Əliyev, 11; 82; Hüseyn
Hüseynli, 16; Kamil Mahmudov, 17; İbrahim Novruzov, 51; 78; 84; Vüsal
Alızadə, 71
Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Törə Əhmədova
Lökbatan OİK stadionu, 70 tamaşaçı
14:30. “Şəmkir” – “Ağstafa Gəncləri” – 1:5
Qollar: Qollar: Ruslan Allahverdiyev, 52 – Qəşəm Məmmədov, 2; Elçin Qasımov, 18;
40; Elgün Namazov, 24; Hüseyn Alıyev, 73 (p.)
Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şirvan OİK stadionu
Qeyd edək ki, ilkin mərhələnin qalan 4 oyunu 8-9 oktyabrda keçiriləcək.



No Comment! Be the first one.