Azərbaycan millisi ilk qələbəsini qazandı
Azərbaycanın U-16 qızlardan ibarət basketbol millisi FIBA Qadınlararası Avropa çempionatının B divizionunda 5-7-ci yerlər uğrunda təsnifat mərhələsində növbəti oyununu keçirib.
Sportify.az xəbər verir ki, yığma Bosniya və Herseqovina ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 78:65 hesablı qələbəsi ilə başa çatıb.
Milli ilk hissədə inamlı oyun nümayiş etdirərək fasiləyə 45:24 hesablı üstünlüklə yollanıb. Qarşılaşmanın ikinci yarısında da üstünlüyünü qoruyan komanda yekunda 13 xal fərqi ilə qalib gəlib.
Komandanın heyətində Viktoriya Ulyanova 34 xal, 10 ribaund və 4 topalma ilə ən məhsuldar oyunçu olub. Onun effektivlik göstəricisi 39 xal təşkil edib.
Aylin Niftəliyeva 14 xal, 21 ribaund və 3 məhsuldar ötürmə, Qalina Quşina 14 xal, 5 ribaund və 4 topalma, Aylin Əkbərzadə isə 9 xal, 12 məhsuldar ötürmə və 5 topalma ilə yadda qalıb.
Azərbaycan millisi qarşılaşma ərzində 47 ribaund, 21 məhsuldar ötürmə, 15 topalma və 3 blokla yadda qalıb.
Bu, komandanın turnirdə ilk qələbəsi olub.



No Comment! Be the first one.