U-17 və Gənclər Liqasında püşk atıldı
AFFA-nın bayrağı altında təşkil olunan Gənclər Liqası və U-17 Liqasında 2026/2027-ci illər mövsümünün püşkü atılıb.
Sportify.az xəbər verir ki, püşkatma mərasimi AFFA-nın inzibati binasında keçirilib. Hər iki liqada 14 komanda mübarizə aparacaq. Komandalar iki qrupa bölünüb və hər qrupda 7 kollektiv yer alıb.
Yeni mövsümdə ilk turun oyunları avqustun 22-23-də keçiriləcək.
Gənclər Liqası
A qrupu
– “Qəbələ” – “Sumqayıt”
– “Sabah” – “Qarabağ”
– “Zirə” – “Araz-Naxçıvan”
Qeyd edək ki, “Neftçi” ilk turu buraxacaq.
B qrupu
– “Şəfa” – “Dinamo” (Bakı)
– “Turan Tovuz” – “İmişli”
– “Şamaxı” – “Lion”
Qeyd edək ki, “Kəpəz” ilk turu buraxacaq.
U-17 Liqası
A qrupu
– “Sabah” – “Qarabağ”
– “Zirə” – “Qəbələ”
– “Sumqayıt” – “Turan Tovuz”
Qeyd edək ki, “Neftçi” ilk turu buraxacaq.
B qrupu
– “Şəfa” – “Dinamo” (Bakı)
– “Şamaxı” – “İmişli”
– “Araz-Naxçıvan” – “Kəpəz”
Qeyd edək ki, EFA ilk turu buraxacaq.



No Comment! Be the first one.