Azərbaycan velosipedçisi Çin komandasında yenidən fərqləndi
Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığma komandasının üzvü Viktoriya Sidorenko Çin Xalq Respublikasının “Pardus MK Women’s Cycling Team” komandasının heyətində növbəti yarışda çıxış edib.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Sidorenko bu dəfə birgünlük yarışda finiş xəttini 2-ci keçib.
Velosipedçi bundan əvvəl 2 mərhələli yarışın ilk günündə 1-ci, 2-ci günündə isə 3-cü yeri tutmaqla ümumi təsnifatın qalibi olmuşdu.
Qeyd edək ki, Viktoriya Sidorenko Çin komandasının heyətində 2 – 7 oktyabrda Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesi keçir



No Comment! Be the first one.