Yekaterina Sariyevadan yeni rekord
İngiltərənin Birmingem şəhərində atletika üzrə Avropa çempionatına start verilib.
Sportify.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Yekaterina Sariyeva üç təkanla tullanma növündə mübarizə aparıb. Atletimiz 13,91 metr nəticə göstərib.
Bu nəticə Sariyevaya final mərhələsinə yüksəlməyə imkan verməyib. Buna baxmayaraq, 24 yaşlı idmançı Azərbaycan rekordunu yeniləyib.
Qeyd edək ki, əvvəlki ölkə rekordu da Yekaterina Sariyevaya məxsus idi. O, əvvəlki rekordu 13,89 metr nəticə ilə müəyyənləşdirmişdi.


No Comment! Be the first one.