Azərbaycanın millisi Yalovada ikinci oldu
U-16 oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində ikinci yeri tutub.
Sportify.az xəbər verir ki, milli qrup mərhələsində keçirdiyi hər üç oyunda qələbə qazanaraq finala yüksəlib.
Komanda həlledici qarşılaşmada Konya Diltaş Basketbolla üz-üzə gəlib. Görüşün gedişində 21:47 hesabı ilə geridə olan yığmamız əzmkar mübarizə apararaq fərqi minimuma endirib. Hesabı bərabərləşdirmək və önə keçmək imkanları qazanan Azərbaycan millisi sonda 69:73 hesabı ilə məğlub olub.
Beləliklə, U-16 turniri ikinci pillədə başa vurub.
Azərbaycan yığmasının turnirdə keçirdiyi oyunların nəticələri:
“Viktor Sanikidze Academy Basketball” – Azərbaycan – 43:94
“Bakırköy Kartaltepe” – Azərbaycan – 54:65
“Eskişehir Gelişim Falcons” – Azərbaycan – 53:54
Azərbaycan – “Konya Diltaş Basketbol” – 69:73



No Comment! Be the first one.