Azərbaycanlı FIFA referisinə beynəlxalq təyinat
Azərbaycanlı FIFA referisi Tural Qurbanov növbəti beynəlxalq təyinat alıb.
Sportify.az xəbər verir ki, gənc beynəlxalq dərəcəli baş hakim 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Yunanıstan – Latviya matçını idarə edəcək.
Ona Cəmil Quliyev və Asiman Əzizli yan xətt hakimləri, Cavid Cəlilov isə dördüncü hakim qismində yardımçı olacaq.
İngiltərəli Nil Berri hakim-inspektor, bosniya və herseqovinalı Oliver Qlibo isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 1-də Levadiya şəhərindəki “Lámbros Katsónis” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.


No Comment! Be the first one.