“Şəfa”nın prezidenti Laporta ilə şəkil çəkdirdi - FOTO
Avropa Futbol Klubları (EFC) təşkilatının 33-cü Baş Assambleyası Danimarkanın paytaxtı Kopenhagendə keçirilir.
Sportify.az-ın məlumatına görə, tədbirdə “Şəfa” klubunu prezident Kənan Sadıqlı və “MyGroup” holdinqin rəhbəri Emil İsgəndərov təmsil edir.
Onlar Kopenhagendə bir sıra klubların nümayəndələri və tanınmış futbol adamları ilə görüşüblər.
Kənan Sadıqlı və Emil İsgəndərov İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta ilə də bir araya gəliblər. Görüşün sonunda tərəflər xatirə fotosu çəkdiriblər.



No Comment! Be the first one.