Azərbaycan Kuboku: Son 1/8 finalçılar da bəlli oldu - YENİLƏNDİ
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
Sportify.az xəbər verir ki, “Xankəndi” “Gəncəbasar”la qarşılaşıb.
Əsas vaxtda tərəflər hərəyə 1 dəfə fərqləniblər. Əlavə vaxtda isə meydan sahibləri 1, qonaqlar 2 top vurublar.
Digər görüşdə isə “Zəngəzur” “Karvan-Yevlax”a 1:4 hesabı ilə məğlub olub.
Beləliklə, “”Gəncəbasar” və “Karvan-Yevlax” 1/8 final mərhələsinin son iştirakçıları olub.
Azərbaycan Kuboku, II təsnifat mərhələsi
29 oktyabr (çərşənbə)
14:00. “Xankəndi” “Gəncəbasar” – 2:3 (əlavə vaxt – 1:2)
Qollar: Nihad Tamazov, 42. Mesoma Solomon, 116 – Tuqay Əlizadə, 67. Dileyn Açimi, 110;
120 (pen.)
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı OİK stadionu
14:00. “Zəngəzur” – “Karvan-Yevlax” – 1:4
Qollar: Tural Qurbatov, 51 – Samir Abdullayev, 57; 84. Əbdül Əziz, 68; 90+3
Qolla nəticələnməyən penalti: Samir Abdullayev, 84 (“Karvan-Yevlax”)
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu.



No Comment! Be the first one.