Azərbaycan – Litva oyununun yerinin dəyişdirilmə səbəbi açıqlandı
Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanının dəyişdirilmə səbəbi açıqlanıb.
Bu barədə AFFA-nın mətbuat xidmətindən Sportify.az-a bildirilib.
Qeyd olunub ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı alınsa da tərəflər arasında aparılmış əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində qarşılaşmanın Bakıda keçirilməsi qərara alınıb.
Məkan dəyişikliyi UEFA ilə də razılaşdırılıb.
AFFA bunu da xüsusi vurğulayıb ki, məkan dəyişikliyi Gəncə şəhərinin və stadionun qarşılaşmanı qəbul etməyə hazırlığı ilə bağlı deyil: “Gəncədə milli komandamıza böyük maraq göstərən və bu oyunu səbirsizliklə gözləyən azarkeşlərimizə anlayışlarına görə təşəkkür edirik. Milli komandalarımızın oyunlarının Bakıdan kənarda, ölkənin müxtəlif şəhər və bölgələrində keçirilməsi AFFA üçün bundan sonra da vacib istiqamətlərdən biri olaraq qalacaq”.



No Comment! Be the first one.