Azərbaycanlı hakimlər "Roma" - "Real Madrid" matçında
Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) – “Real Madrid” (İspaniya) oyununu idarə edəcək.
Sportify.az xəbər verir ki, Umudluya Namiq Hüseynov və Vüsal Məmmədov yan xətt hakimləri kimi kömək edəcəklər.
Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.
Oktyabrın 14-də Roma şəhərindəki “Stadio Tre Fontane”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.



No Comment! Be the first one.