Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra “Cameroon International 2026” turnirində qızıl medal qazanıb.
Sportify.az xəbər verir ki, qadın badmintonçuların şəxsi kateqoriyasında “International Challenge” seriyalı turnirə qatılan idmançı reytinqi yüksək olduğundan mübarizəyə 1/8 finaldan başlayıb.
İlk görüşündə Uqanda təmsilçisini mübarizədən kənarlaşdıran Keişa, 1/4 finalda BƏƏ idmançısına qalib gəlməklə yarımfinala yüksəlib.
O, bu mərhələdə də rəqibi BƏƏ idmançısı olub.
Rəqibini hər iki setdə məğlub edən Keişa Fatimə Zəhranın həlledici qarşılaşmada da rəqibi BƏƏ badmintonçusu olub. Keişa Prakriti Bharatha 2:0 (21-16,21-19) hesabı ilə qalib gələrək “Cameroon International 2026” turnirində qızıl medal qazanıb.



No Comment! Be the first one.