Millinin üzvü klubunu dəyişdi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü İlhamə Əliyeva klubunu dəyişib.
Sportify.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı oyunçu UNEC komandasına keçib.
Onunla 1 illik müqavilə imzalanıb.
İ. Əliyeva ötən mövsümü “Azərreyl”də keçirib.
Voleybolçu karyerası ərzində “Murov Az Terminal” və “Lokomotiv”in də formasını geyinib.



No Comment! Be the first one.