Bakıda badminton üzrə beynəlxalq yarış
Bakıda 19 yaşadək gənc və yeniyetmə badmintonçular arasında “Azerbaijan Junior Open 2026” beynəlxalq turnirinə start verilib.
Sportify.az xəbər verir ki, Azərbaycan da daxil olmaqla 9 ölkədən 64 badmintonçunun iştirak etdiyi yarışda idmançılar 5 kateqoriya üzrə mübarizə aparırlar.
Turnirdə Azərbaycanı 22 badmintonçu təmsil edir. Yerli idmançılarla yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hindistan və Tacikistandan olan badmintonçular da yarışda iştirak edirlər.
Badmintonçular oğlan və qızların şəxsi, qoşa, eləcə də qarışıq qoşa kateqoriyalarında qüvvələrini sınayırlar.
Qeyd edək ki, “Azerbaijan Junior Open 2026” Azərbaycanda ilk dəfə “Junior International Series” kateqoriyasında təşkil olunan beynəlxalq turnirdir.
Yarışın qalibləri avqustun 16-da keçiriləcək final qarşılaşmalarından sonra müəyyənləşəcək.




No Comment! Be the first one.