Bakıda “SUP Turniri” keçiriləcək
Bakı şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdmanı Növləri Federasiyası (ASİNF) birgə “Baku SUP Turniri” təşkil edəcək.
Sportify.az xəbər verir ki, turnir 22 avqust tarixində Bakı şəhərində, Şıxov çimərliyi – Velopark ilə üzbəüz ərazidə keçiriləcək.
Yarışda SUP Board üzrə bacarıqları olan gənclər iştirak edə bilərlər.
Turnirin əsas məqsədi gənclər arasında SUP idman növünün daha geniş təbliğ olunması, bu sahəyə marağın artırılması və sağlam həyat tərzinin təşviq edilməsidir.



No Comment! Be the first one.