Bakıdakı dünya çempionatı öncəsi son toplanış
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək.
Sportify.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli oktyabrın 16-dan 18-dək Bayıl İnkişaf Mərkəzində hazırlıq keçəcək.
Toplanışa 16 futbolçu dəvət olunub.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 22-dən 30-dək Bakıda təşkil olunacaq.



No Comment! Be the first one.