“Barselona” Mikuatadzeni transfer etmək istəyir
İspaniyanın “Barselona” klubu “Vilyarreal”ın hücumçusu Jorj Mikuatadzeni transfer etmək istəyir.
Sportify.az xəbər verir ki, “Barselona” 25 yaşlı forvardı Xulian Alvaresin transferi baş tutmayacağı halda alternativ namizəd kimi nəzərdən keçirir. Kataloniya təmsilçisi artıq Mikuatadze ilə bağlı “Vilyarreal”la əlaqə saxlayıb.
“Vilyarreal” gürcü hücumçunun keçidi üçün 70 milyon avro tələb edir. Mikuatadzenin İspaniya klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Mikuatadze 2025/26-cı illər mövsümündə “Vilyarreal”ın heyətində bütün turnirlərdə 44 oyuna çıxıb. O, bu qarşılaşmalarda 16 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Barselona” Alvaresin transferi baş tutmasa, argentinalı hücumçu Lautaro Martinesi də alternativ variant kimi nəzərdən keçirir.



No Comment! Be the first one.