“Barselona” Rafinya ilə müqaviləni uzatdı
İspaniyanın “Barselona” klubu futbolçusu Rafinya ilə yeni müqavilə bağlayıb.
Sportify.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, 30 yaşlı cinah hücumçusu ilə 2030-cu ilədək anlaşma əldə olunub.
Yeni sözləşməyə dair açqlama bu həftə veriləcək.
Braziliyalı forvard “Barselona”da 2022-ci ildən çıxış edir. O, milli komandada 3 dəfə İspaniya çempionluğu, ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Əvvələr isə Rafinya İngiltərənin “Lids”, Fransanın “Renn”, Portuqaliyanın “Sportinq” və “Vitoriya Gimaraynş” komandalarının formasını geyinib.


No Comment! Be the first one.