Ronaldu qərar verdi: Jezuşun dövründə yığmaya qayıtmayacaq
41 yaşlı Kriştianu Ronaldu Portuqaliya millisində Jorje Jesuş baş məşqçi olduğu müddətdə komandaya qayıtmayacaq.
Sportify.az xəbər verir ki, bu barədə CNN Portugal jurnalisti Rui Santos məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Ronaldu Jezuşun UEFA Millətlər Liqasının IV turunda Norveçə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında səsləndirdiyi fikirlərdən narazı qalıb.
Tərəflər arasında gərginlik məhz bu matçın ardından başlayıb. Futbolçunun qarşılaşmanın sonunadək ehtiyatda qalmasından narazı olduğu bildirilir.
Daha sonra Danimarka ilə 3-cü tur qarşılaşmasından (4:2) əvvəl Ronaldu komandanın məşqlərində iştirak etməyib və ardınca milli komandanın düşərgəsini tərk edib.
Norveçlə oyundan sonra keçirilən mətbuat konfransında Jorje Jezuş Ronaldu qarşısında üzr istəməsi üçün heç bir səbəb görmədiyini bildirib.
Beləliklə, hazırda Ronaldu ilə Portuqaliya millisinin baş məşqçisi arasında fikir ayrılığının davam etdiyi və təcrübəli hücumçunun Jesusun rəhbərliyi altında milli komandaya qayıtmaq niyyətində olmadığı iddia edilir.



No Comment! Be the first one.