“Barselona” Xavi ilə müqaviləni uzatdı
İspaniya “Barselona”sı futbolçusu Xavi Espartla yeni müqavilə bağlayıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı sağ cinah müdafiəçisinin sözləşməsi 2030-cu ilə qədər uzadılıb.
Kataloniya təmsilçisinin sosial şəbəkə hesabında bu yenilik belə təqdim olunub: “Gələcək sizindir və o, göy-qırmızı rənglərdədir”.
Qeyd edək ki, Xavi Espart “Barselona”nın yetirməsidir. O, 8 yaşından klubun akademiyasında çıxış edib və əsas komandada debütünü 10 mart 2026-cı ildə UEFA Çempionlar Liqasının “Nyukasl Yunayted”lə matçında edib.
Espart indiyədək “Barselona”nın əsas komandasında 11 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.
«Барселона» на странице в социальной сети X проинформировала о продлении контракта с правым защитником Хави Эспартом до 2030 года.
«Будущее ваше, и оно сине-гранатовые», — написано в сообщении.
Эспарт является воспитанником «Барселоны». Футболист находился в академии каталонского клуба с восьми лет. 19-летний защитник дебютировал за основную команду сине-гранатовых 10 марта 2026 года в матче Лиги чемпионов с «Ньюкасл Юнайтед».
Всего за взрослую команду «Барселоны» Эспарт провёл 11 матчей, где забил гол и сделал две результативные передачи. Согласно информации, представленной на портале Transfermarkt, рыночная стоимость футболиста составляет € 25 млн.



No Comment! Be the first one.