“Barselona”nın əsas qapıçısı “Sevilya”ya qarşı oynamayacaq
İspaniyanın “Barselona” klubunun əsas qapıçısı Joan Qarsiya La Liqanın VII turunda “Sevilya” ilə keçiriləcək matç üçün heyətə daxil edilməyib.
Sportify.az 25 yaşlı qolkiper sentyabrın 16-da “Rasinq” qarşı keçirilən və kataloniyalıların 7:2 hesablı qələbəsi ilə başa çatan görüşdə zədələnib.
“Barselona”nın “Sevilya” ilə oyun üçün heyətinə Şçensnı, Livakoviç, Rodriges, Kanselo, Balde, Kubbarsi, Espart, Kristensen, Jerar Martin, Kunde, Erik Qarsiya, Qavi, Fermin, Pedri, Rodri, Olmo, Bernal, Jezus, Yamal, Rafinya, Adeyemi, Qordon və Abdelkarim daxil edilib.
“Sevilya” – “Barselona” qarşılaşması sentyabrın 19-da Sevilyada keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.



No Comment! Be the first one.