Batrakov futbol akademiyalarını tənqid etdi
Türkiyənin “Qalatasaray” komandasının və Rusiya millisinin futbolçusu Aleksey Batrakov futbol akademiyalarında gənc futbolçuların hazırlanma metodikasının dəyişdirilməsinin vacibliyindən danışıb.
Sportify.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında və Türkiyə Super Liqasında çıxışının ona uşaq futbolunda aldığı təhsildəki çatışmazlıqları daha yaxşı anlamağa imkan verdiyini bildirib.
Batrakov xüsusilə gənc oyunçulara topla daha çox işləmək, rəqibləri aldatmaq və təşəbbüsü öz üzərinə götürmək imkanının yaradılmasını vacib sayıb:
“İndi Çempionlar Liqasında, Türkiyə çempionatında oynayarkən başa düşürəm ki, mənə topu götürüb irəliləmək, kimisə aldatmaq bacarığı çatışmır. Təəssüf ki, bu, fiziki xüsusiyyətlərimlə bağlı idi. Boyca yaşıdlarımdan çoxundan qısa idim. Başa düşürəm ki, akademiyalarda futbolçulara topla özlərini daha çox göstərmək, təşəbbüsü üzərlərinə götürməkdən və yaradıcılıq nümayiş etdirməkdən qorxmamaq imkanı vermək lazımdır. Məncə, bizdə belə bir problem var. Bu, təkcə Rusiyaya deyil, hətta Braziliyaya da aiddir”.
Qeyd edək ki, Aleksey Batrakov 2026-cı ilin avqustunda Rusiyanın “Lokomotiv Moskva” klubundan “Qalatasaray”a keçib. Yarımmüdafiəçi cari mövsümdə İstanbul klubunun heyətində bütün turnirlərdə 13 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. Futbolçu hazırda Rusiya millisinin düşərgəsindədir. Rusiya yığması noyabrın 12-də səfərdə Özbəkistana 3:2 hesabı ilə qalib gəlib, noyabrın 17-də isə Krasnodarda Venesuela ilə yoxlama oyunu keçirəcək.



No Comment! Be the first one.