Bekhem Messini “Qızıl top” mükafatına əsas namizəd hesab edir
ABŞ-nin “İnter Mayami” klubunun sahibi David Bekhem argentinalı hücumçu Lionel Messinin bu il doqquzuncu dəfə “Qızıl top” mükafatına layiq görülməli olduğunu bildirib.
Sportify.az xəbər verir ki, Bekhem bu fikirləri komandasının Meksikanın “Kruz Azul” klubuna qarşı keçirdiyi və 2:0 hesabı ilə qalib gəldiyi matçdan sonra səsləndirib.
Görüşdə Messi bir qol vurub, digər qola isə məhsuldar ötürmə ilə töhfə verib.
“Messi “Qızıl top”u qazanmalıdır. O, bəlkə də dünya çempionatının ən yaxşı futbolçusu idi və ötən mövsümü də inanılmaz keçirdi. Dünya çempionatında onun göstərdiyi təsiri heç kim göstərə bilməz”, – deyə Bekhem bildirib.
Xatırladaq ki, “Kruz Azul”la oyunda fərqlənən Lionel Messi “İnter Mayami”nin heyətində 100-cü qolunu vurub. Bu, onun peşəkar karyerasında 929-cu qol kimi qeydə alınıb.



No Comment! Be the first one.