Taxtı yox, futbolu seçdi
Uqandanın Toro Krallığında yeni kralın seçilməsi prosesi gözlənilməz qərarla üzləşib.
Sportify.az xəbər verir ki, Kral IV Oyo Nyimba Kabamba İquru Rukidinin varisi kimi seçilən Corc Desmond Kamurasi taxtdan imtina edib.
36 yaşlı Kamurasi futbolçu karyerasını davam etdirmək istədiyini bildirib. O, İngiltərənin doqquzuncu liqasında çıxış edən London təmsilçisi “Si Dons” klubunun kapitanı və qapıçısıdır.
Kamurasi 21 üzvdən ibarət kral varislik komitəsinin əsas namizədi olub. Səsvermədə iştirak edən 18 üzvdən 15-i onun namizədliyini dəstəkləyib. Buna baxmayaraq, futbolçu digər öhdəliklərini əsas gətirərək taxtı qəbul etməyib.
Uqanda mediasının məlumatına görə, Kamurasinin Londonda ailəsi var. O, klubunun oyununa görə Kral Oyonun dəfn mərasimində də iştirak etmək istəməyib.



No Comment! Be the first one.