"Xankəndi"də yeni təyinat - FOTO
Azərbaycan I Liqasında mübarizə aparan “Xankəndi” klubunda yeni təyinat gerçəkləşib.
Klubun mətbuat xidmətindən Sportify.az-a veriən məlumata görə, Günel Abbas mətbuat katibi vəzifəsinə təyin olunub.
Əvvəllər müxtəlif media orqanlarında çalışmış Günel Abbasın rəhbərliyi ilə klubun media və ictimaiyyətlə əlaqələrinin daha da inkişaf etdirilməsi, “Xankəndi”nin fəaliyyətinin geniş auditoriyaya çatdırılması və klubun kommunikasiya strategiyasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.




No Comment! Be the first one.