Benzema ərəb klubundan getdi
Fransa millisinin sabiq futbolçusu Karim Benzema Səudiyyə Ərəbistanının “Əl Hilal” klubundan ayrılıb.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Benzema 2026-cı ilin fevralından “Əl Hilal”da çıxış edib. Fransalı futbolçu komandanın heyətində 16 oyuna çıxıb və 10 qol vurub. Tərəflər arasındakı sözləşmənin müddəti 2027-ci ilin yayına qədər idi.
Təcrübəli forvard bundan əvvəl 2023-cü ilin yayından “Əl İttihad”da oynayıb. Benzema həmin kluba 14 mövsüm formasını geyindiyi İspaniya “Real Madrid”indən keçmişdi.
Qeyd edək ki, 2022-ci ildə “Qızıl top”a layiq görülmüş Karim Benzema “Real Madrid”in heyətində 5 dəfə Çempionlar Liqasının qalibi olub.



No Comment! Be the first one.