Berdıyev: “Çox vacib qələbə oldu”
“Çempionatın ilk oyunu hər zaman çətin keçir. Şadam ki, qələbə qazandıq. Çox vacib qələbə oldu”.
Sportify.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 2026/2027-ci il mövsümünün ilk turunda “Qəbələ” üzərində 1:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandanın yeni transferi Balau və uzun müddət zədədən sonra start heyətində meydana çıxan Tavareşin çıxışını da dəyərləndirib:
“Onların hər ikisi komandaya yaxşı adaptasiya olublar. Balaunu transfer etdiyimizə görə şadıq. Tavareş də bu gün başqa səviyyədə oyun göstərdi. Bu da rəqabətin güclü olacağından xəbər verir”.
Baş məşqçi görüş zamanı iki futbolçunun zədələnməsinin təlim-məşq toplanışının ağır keçməsi ilə əlaqəli olub-olmaması barədə suala da cavab verib:
“Hər iki zədə fiziki təmasla bağlı oldu. Siz necə düşünürsünüz, bu, təlim-məşq toplanışı ilə bağlı ola bilərmi?”


No Comment! Be the first one.