"Borussiya Dortmund"u yox, "Qəbələ"ni düşünürük" - İvan Lepinitsa
“Çətin qarşılaşma oldu. Belə bir oyun olacağını bilirdik. Rəqib fiziki cəhətdən çox güclü komandadır, amma biz də buna yaxşı reaksiya verdik”.
Sportify.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu İvan Lepinitsa evdə Çexiya təmsilçisi “Slaviya Praqa”ya 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
27 yaşlı yarımmüdafiəçinin fikrincə, komandası oyuna yaxşı nəzarət edib və qələbə qazanaraq, tarix yazıb: “Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəmizi qazandıq”.
Xorvatiyalı oyunçu hələlik Almaniyanın “Borussiya Dortmund” komandası ilə oktyabrın 20-də keçirəcəkləri III tur matçını düşünmədiklərini söyləyib: “Baxın, hazırda “Qəbələ” ilə çempionat oyununa köklənmişik. İlk növbədə, həmin qarşılaşmaya hazırlaşırıq. Bu oyundan sonra yenidən Çempionlar Liqasına fokuslanacağıq. “Borussiya Dortmund”la oyun barədə hələ çox danışmamışıq”.



No Comment! Be the first one.