"Böyük Dəbilqə": Hidayətdən bürünc medal YENİLƏNDİ
Azərbaycanın daha üç cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizəyə başlayıb.
Sportify.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb.
-73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya), Əbdül Malik Umayevi (Belçika) və Akil Qyakovanı (Kosovo) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə Tacikistan təmsilçisi Məsudi Əhmədzoda uduzan Heydərov üçüncü yer uğrunda görüşdə böyük britaniyalı İrakli Qoqinaşvilidən üstün olub. Beləliklə, Azərbaycan millisinin turnirdə qazandığı mükafatların sayı 4-ə çatıb. Daha əvvəl Balabəy Ağayev (-60 kq) və Könül Əliyeva (-48 kq) qızıl, Rəşad Yelkiyev (-66 kq) isə bürünc medal əldə ediblər.
Kamran Süleymanov (73 kq) özbəkistanlı Zamohşari Bekmurodova uduzub.
Qadınların yarışında Südabə Ağayevə (70 kq) portuqaliyalı Tais Pinaya məğlub olub.



No Comment! Be the first one.