Böyük Dəbilqə: Millimiz bir gündə iki medal qazandı - FOTOLAR
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Böyük Dəbilqənin ikinci yarış günündə Azərbaycan milli komandası 2 medal qazanıb.
Sportify.az xəbər verir ki, yığma üzvləri bir qızıl, 1 bürünc medala sahib olub.
73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev bütün rəqiblərinə qalib gələrək, karyerasında ilk dəfə nüfuzlu turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda İsveçi təmsil edən erməni Narek Vardanyanı ipponla məğlub edib.
81 kq çəkidəki Vüsal Qələndərzadə isə bürünc medala sahib olub. Qələndərzadə 3-cü yer uğrunda görüşdə sloveniyalı Naçe Herkoviçdən güclü olub. Eyni çəkidə çıxış etməli olan olimpiya, dünya və 4 qat Avropa çempionu Hidayət Heydərov tatamiyə çıxmayıb. Səbəb kimi onun zədəli olması göstərilib.

Qeyd edək ki, Böyük Dəbilqədə ikinci yarış günündən sonra Azərbaycan millisi 1 qızıl, 1 bürünc medalla kişilərin mübarizəsində Yaponiyadan sonra ikinci, ümumi sıralamada isə Yaponiya və Rusiyadan sonra üçüncü pillədə qərarlaşıb.




No Comment! Be the first one.