Braziliya Sinqapura 7 cavabsız qolla qalib gəldi
Yoldaşlıq görüşündə Sinqapur və Braziliya milli komandaları üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, qarşılaşma Cənubi Amerika təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 9-cu dəqiqəsində Vinisius Junior hesabı açıb. Braziliyalı hücumçu 15-ci dəqiqədə dublunu, 21-ci dəqiqədə isə het-trikini rəsmiləşdirib. 31-ci dəqiqədə Endrik fərqlənərək komandasının dördüncü qolunu vurub.
İkinci hissədə Estevao (51) və Rayan (65) rəqib qapısına yol tapıblar. Görüşün 74-cü dəqiqəsində isə Sinqapur millisinin müdafiəçisi Raul Suhaimi avtoqol müəllifi olub və matçın yekun nəticəsini müəyyənləşdirib – 7:0.
Qeyd edək ki, Braziliya millisi noyabrın 14-də Yaponiya ilə keçirdiyi yoldaşlıq görüşündə 2:3 hesabı ilə məğlub olub.
FIFA reytinqində Sinqapur 149-cu, Braziliya isə 6-cı pillədə qərarlaşıb.



No Comment! Be the first one.