Braziliyalı futbolçu “Sabah”da
“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Sportify.az-a bildirilib ki, braziliyalı hücumçu Karlos Eduardo transfer olunub.
24 yaşlı futbolçu Portuqaliyanın “Jil Visente” klubundan 1 illik icarəyə götürülüb. Müqavilədə satınalma şərti də nəzərdə tutulub.
Qeyd edək ki, Karlos Eduardo karyerası ərzində Braziliyanın “Bruske” (2020), Portuqaliyanın “Nasional” (U-19, 2020–2021), “Maritimu”nun B və əsas komandalarında (2021–2024), həmçinin “Felqeyraş”da (2024–2025) çıxış edib.



No Comment! Be the first one.