Bu gün Madrid derbisi var
Bu gün İspaniya La Liqasında Madrid derbisi keçiriləcək.
Sportify.az xəbər verir ki, “Atletiko” doğma meydanda “Real”ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Hazırda turnir cədvəlinə 7 oyundan 7 qələbə qazanan “Barselona” başçılıq edir. Kataloniya klubunun hesabında 21 xal var.
Bir oyun az keçirən “Real” 15 xalla ikinci, eyni xala malik “Betis” üçüncü, 13 xal toplayan “Atletiko” isə dördüncü pillədə qərarlaşıb.
“Real” Madrid derbisində qalib gələcəyi halda xallarını 18-ə yüksəldəcək və lider “Barselona” ilə xal fərqini 3-ə endirəcək.



No Comment! Be the first one.