“Canavarlar” ona güvənirlər
İtaliya klubu “Roma” müdafiəçi Mario Ermoso ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparır.
Sportify.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər arasında müqavilənin daha bir və ya iki il müddətinə uzadılması müzakirə olunur. Yeni anlaşmada müqavilənin müddətini əlavə bir mövsüm artırmaq imkanı da nəzərdə tutula bilər.
Bildirilir ki, yeni müqaviləyə əsasən, 30 yaşlı futbolçunun maaşı azalacaq. Bununla belə, bu amilin tərəflər arasında danışıqlara ciddi maneə yaradacağı gözlənilmir.
Qeyd edək ki, Mario Ermoso “Real Madrid”in yetirməsidir. O, karyerası ərzində “Espanyol”, “Atletiko Madrid”, “Bayer” və digər klublarda çıxış edib. Futbolçunun hazırkı bazar dəyəri 7 milyon avro qiymətləndirilir.



No Comment! Be the first one.