“Çelsi” 2026-da ən çox qol buraxan komandadır
İngiltərə Premyer Liqasının V turunda “Çelsi” səfərdə “Brentford”a 0:3 hesabı ilə məğlub olub.
Sportify.az xəbər verir ki, sentyabrın 18-də keçirilən qarşılaşmadan sonra London təmsilçisinin 2026-cı ildə Premyer Liqada buraxdığı qolların sayı 43-ə çatıb.
Beləliklə, “Çelsi” cari ildə İngiltərə çempionatında ən çox qol buraxan komanda olub.
Bu göstəricidə “Kristal Pelas” 42, “Nyukasl” və “Tottenhem” isə 39 qolla növbəti pillələrdə qərarlaşıblar.
Qeyd edək ki, “Çelsi” sonuncu dəfə yanvar ayında qapısını toxunulmaz saxlaya bilib. London klubu həmin vaxt “Brentford”u 2:0 hesabı ilə məğlub edib.


No Comment! Be the first one.