“Çelsi” “Arsenal”ın futbolçusuna elçi düşdü
İngiltərə təmsilçisi “Çelsi” qış transfer pəncərəsində “Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendini heyətinə qatmağı planlaşdırır.
Sportify.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
London klubu 27 yaşlı futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır. Məlumata görə, Subimendi də keçidə razılıq verib.
İspaniyalı yarımmüdafiəçi “Çelsi”də yayda “Mançester Siti”yə keçən Enzo Fernandezin əvəzedicisi kimi nəzərdən keçirilir. Klubun baş məşqçisi Xabi Alonso Subimendini “Real Sosyedad B”də çalışdığı dövrdən tanıyır.
Qeyd edək ki, Subimendi kifayət qədər oyun vaxtı əldə edə bilmədiyi üçün qışda “Arsenal”dan ayrılmaq istəyir. O, London klubuna 2025-ci ilin iyulunda keçib və müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 8 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.



No Comment! Be the first one.