“Mançester Siti” maliyyə qaydalarını pozmaqda ittiham olunur
“Mançester Siti” Premyer Liqanın maliyyə qaydalarını ciddi şəkildə pozmaqda təqsirli bilinib.
Sportify.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqası məlumat yayıb.
Müstəqil komissiyanın qərarına əsasən, klub 2009/10–2017/18 mövsümləri arasında bir sıra kommersiya tərəfdaşları ilə “saxta” müqavilələr bağlayaraq gəlirlərini süni şəkildə artırıb. Araşdırmada bu məbləğin 830 milyon funt sterlinqdən çox olduğu bildirilib.
Həmçinin “Mançester Siti”nin maliyyə hesabatlarında klubun real maliyyə vəziyyətini gizlədən məlumatların yer aldığı, Premyer Liqa və UEFA-nın maliyyə qaydalarının ciddi şəkildə pozulduğu qeyd olunub.
Komissiya klubun araşdırma zamanı Premyer Liqa ilə əməkdaşlıq etmədiyini və xoş niyyət prinsiplərinə uyğun davranmadığını da bildirib.
“Mançester Siti” qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Klubun bunun üçün oktyabrın 2-dək vaxtı var.
Qeyd edək ki, mümkün sanksiyalar arasında cərimə, xal silinməsi, transfer qadağası və Premyer Liqadan xaric edilmə kimi cəzalar yer alır. Sanksiyanın növü və həcmi ilə bağlı qərar ayrıca dinləmədən sonra müəyyənləşəcək.
“Mançester Siti” isə ittihamlarla razılaşmadığını və komissiyanın qərarında hüquqi və faktiki səhvlərin olduğunu bildirib.



No Comment! Be the first one.