“Çelsi”nin hücumçusu “Napoli”nin əsas hədəfidir
İngiltərə klubu “Çelsi”nin hücumçusu, “Barselona” akademiyasının yetirməsi Mark Qiu bu yay İtaliya klubu “Napoli”yə keçə bilər.
Sportify.az xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu yüksək transfer məbləği və “Napoli”nin maraq göstərdiyi digər hücumçularla rəqabət səbəbindən klubun hücum xəttində əsas seçimə çevrilib.
“Napoli”nin Qiu-nun transferini reallaşdıra biləcəyi bildirilir. İtaliya klubunun digər namizədləri arasında “Mançester Yunayted”dən Coşua Zirksi, “Arsenal”dan Qabriel Jezus və “Çelsi”dən Nikolas Ceksonun da olduğu qeyd edilir.
Qeyd edək ki, Qiu ötən mövsüm bütün turnirlərdə 16 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.



No Comment! Be the first one.