“Mançester Siti” prezervativ brendi ilə əməkdaşlığa başladı
Britaniyanın “Reckitt” şirkətinə məxsus “Durex” prezervativ brendi İngiltərənin “Mançester Siti” klubunun Çində rəsmi tərəfdaşı olub.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Durex” Çində sağlamlıq və rifah məsələləri üzrə rəsmi regional tərəfdaş elan edilib.
Razılaşmaya əsasən, tərəflər regionda sağlam həyat tərzinin üstünlüklərini təşviq edən rəqəmsal tədbirlər və birgə kampaniyalar həyata keçirəcəklər.
“Mançester Siti”nin Çindəki fəaliyyətinə cavabdeh olan “City Football Group”un baş direktoru Devid Tan əməkdaşlıqla bağlı açıqlamasında “Durex”i klubun yeni regional tərəfdaşı kimi qarşılamaqdan məmnun olduqlarını bildirib.
O, tərəflərin Çin azarkeşləri arasında maraq doğuracaq kampaniyalar hazırlayaraq sağlamlıq və rifahın təşviqinə töhfə verəcəyini vurğulayıb.



No Comment! Be the first one.