Böyük Britaniyadan DÇ təklifi
Böyük Britaniya 2042-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək niyyətindədir.
Sportify.az xəbər verir ki, İngiltərənin baş naziri Endi Börnhəm 2042-ci il dünya çempionatının ölkədə keçirilməsini təklif edib.
Məlumata görə, bu fikir baş nazirin Mançesterdəki yeni ofisində şəhər merləri ilə keçirilən görüş zamanı gündəmə gəlib. Börnhəmin hazırda turnirə ev sahibliyi etmək üçün namizədlik ərizəsinin təqdim olunması imkanını İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa ilə müzakirə etdiyi bildirilir.
Qeyd edək ki, İngiltərə dünya çempionatına yalnız bir dəfə – 1966-cı ildə ev sahibliyi edib. Həmin turnirdə İngiltərə millisi tarixində ilk və yeganə dəfə dünya çempionu olub.


No Comment! Be the first one.