“Çelsi”nin kapitanı əməliyyat olundu
İngiltərənin “Çelsi” klubunun kapitanı Ris Ceyms dizindən aldığı zədə səbəbindən əməliyyat olunub.
Sportify.az xəbər verir ki, London təmsilçisinin açıqlamasında 26 yaşlı müdafiəçinin əməliyyatının uğurla keçdiyi bildirilib.
Məşq zamanı zədələnən ingiltərəli futbolçu komandasının “Bornmut”u 5:1 hesabı ilə məğlub etdiyi oyunda iştirak etməyib.
Reabilitasiya prosesinə başlayan Ceymsin yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.
Qeyd edək ki, “Çelsi” bu həftə Premyer Liqanın səfər oyununda “Everton”la qarşılaşacaq. London klubu növbəti iki turda isə “Tottenhem” və “Mançester Yunayted”i qəbul edəcək.



No Comment! Be the first one.