Çempionlar Liqası: Fənərbağça" məğlubiyyətdən qurtuldu
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Sportify.az-ın məlumatına görə, ilk oyun günündə 3 görüş keçirilib.
Türkiyə təmsilçisi “Fənərbağça” Fransanın “Lion” komandasını qəbul edib.
İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1.
Hesabı 40-cı dəqiqədə qonaq komandanın belçikalı legioneri Lois Openda açıb. 47-ci dəqiqədə isə meydan sahiblərinin ingiltərəli hücumçusu Meyson Qrinvud bərabərliyi təmin edib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
18 avqust
23:00. “Levski” (Bolqarıstan) – “AEK Afina” (Yunanıstan) – 0:0
23:00. “Dinamo Zaqreb” (Xorvatiya) – “Vikinq” (Norveç) – 2:2
23:00. Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) – 1:1
Qeyd edək ki, qalan 4 oyun bu gün olacaq. Azərbaycan təmsilçisi “Sabah” Rumıniyanın paytaxtı Buxarestdə İsrail çempionu “Hapoel Beer Şeva”nın qonağı olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Cavab görüşləri isə 25-26 avqustda olacaq.



No Comment! Be the first one.