CEV Çelenc Kuboku: Komandamız Polşa klubu ilə bacarmadı
Qadın voleybolçulardan ibarət Azərbaycan təmsilçisi “DH Volley” CEV Çelenc Kubokunda 1/16 final mərhələsinin ilk matçına çıxıb.
Sportify.az xəbər verir ki, Polşa təmsilçisi LKS-ni qəbul edən komanda rəqibinə quru hesabla məğlub olub – 0:3 (13:25, 18:25, 22:25).
Oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.
Qeyd edək ki, “DH Volley” əvvəlki raundda Danimarkanın “Holte IF” klubunu məğlub edib – 3:1, 3:0.



No Comment! Be the first one.