“Sea Breeze-2026” beynəlxalq çimərlik polosu turnirində finala və üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanan komandalar müəyyənləşib.
ARAF-dan Sportify.az-a verilən məlumata görə, həlledici görüşdə Azərbaycanı təmsil edən “Elite Polo Club” komandası İsveçrənin “Sankt Moritz” klubu ilə qarşılaşacaq.
Azərbaycan komandası finala Böyük Britaniyanın “Red Star” klubunu 9:7 hesabı ilə məğlub edərək yüksəlib. Komandamızın kapitanı Elçin Camallı bu görüşdə də yüksək məhsuldarlığı ilə seçilib. O, rəqib qapısına 6 dəfə yol tapıb.
Digər yarımfinal qarşılaşmasında isə İsveçrənin “Sankt Moritz” klubu Rusiyanın “Moscow Polo Club” kollektivinə 6:4 hesabı ilə qalib gəlib.
Sabah turnirdə üçüncü yer uğrunda görüş keçiriləcək.



No Comment! Be the first one.