Çimərlik voleybolunda final günü
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında final oyunlarının proqramı müəyyənləşib.
Sportify.az xəbər verir ki, avqustun 8-də Bakı Su İdmanı Sarayında əvvəlcə qadınların final görüşü keçiriləcək. Saat 17:00-da “Azərreyl Salam” komandası “Azərreyl Salam Şerinq” ilə qarşılaşacaq.
Kişilərin finalında isə saat 18:00-da FHN-2 komandası “Cevo” ilə üz-üzə gələcək.
Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.
Qeyd edək ki, qadınların yarışında Milli Aviasiya Akademiyası, kişilərin mübarizəsində isə FHN-1 komandası bürünc medallara layiq görülüb.
Final oyunları Bakı Su İdmanı Sarayında keçiriləcək. Arenaya giriş sərbəstdir.



No Comment! Be the first one.