Çində “Real Madrid”in matçının yayımı proqramdan çıxarılıb
Çində idman tədbirlərinin yayımını həyata keçirən media platformalarından biri “Real Madrid”in noyabrın 1-də “Rasinq”lə keçirəcəyi matçı yayım cədvəlindən çıxarıb.
Sportify.az “RMC Sport”a istinadən xəbər verir ki, sözügedən platforma həftəsonu İspaniya çempionatının digər oyunlarını yayımlamağa davam edəcək. Bununla yanaşı, “Real Madrid”lə bağlı məzmunların böyük hissəsinin də platformadan çıxarıldığı bildirilir.
İstisna olaraq, Kiliyan Mbappenin Mao Tszedunla bağlı zarafatından sonra klubun üzr istədiyini bildirən video platformada saxlanılıb. Lakin xəbərdə qeyd olunur ki, “Real Madrid”in üzrxahlığı Çində yaranmış narazılığı aradan qaldırmağa kifayət etməyib.
Bu qərar nəticəsində təxminən 400 milyon çinli istifadəçinin “Real Madrid”in növbəti oyununu izləmək imkanından məhrum ola biləcəyi bildirilir.



No Comment! Be the first one.