Daha bir boksçumuz Avropa çempionu oldu - Millimizdən tarixi nailiyyət - VİDEO
Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportify.az xəbər verir ki, 75 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib Rusiya təmsilçisi İsmayıl Mutsolqov olub.
Rəqibinə qalib gələn Cəfərov qızıl medal qazanıb.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 2 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sübhan Mamedov (50 kq) qızıl, Nəbi İsgəndərov (70 kq) gümüş, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medala sahib olub.



No Comment! Be the first one.